
Yeni tədris ilinin başlanması ərəfəsində ənənəvi olaraq məktəbli çantalarının ağırlığından giley-güaar edilir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, şagirdin gündəlik dərslik və əlavə oxu kitablarının ümumi çəkisini müəyyən edib.
Bildirilib ki, 1 və 2-ci siniflər üçün məktəbli çantası 1,5 kiloqram, 3-4-cü siniflər üçün 2 kiloqram, 5-6-cı siniflərdə 2,5, 7-8-ci siniflərdə 3,5, nəhayət, 9-11-ci siniflərdə məktəbli çantası 4 kiloqram olmalıdır.
Ağır bel çantasının məktəblilərin böyüməsinə və inkişafına ciddi təsir göstərdiyi vurğulanır. Qeyd edilir ki, gənclikdə uzun müddət ağır bel çantası gəzdirmək skolyoza, onurğanın əyriliyinə, ayaqların əyri inkişafına səbəb olur.
Süleyman