Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan təhsilinin günümüzdə əldə etdiyi uğurlarda Mehriban Əliyevanın müstəsna xidmətləri olub

Azərbaycan təhsilinin günümüzdə əldə etdiyi uğurlarda Mehriban Əliyevanın müstəsna xidmətləri olub


"Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təkcə siyasi hakimiyyətdə təmsil olunduğu illərdə deyil, eləcə də ictimai fəaliyyətlə məşğul olduğu zaman bütün istiqamətlərdə xalqın, dövlətin, vətəndaşların mənafeyinə xidmət edən layihələrlə, təşəbbüslərlə yadda qalıb. Həmin layihələrin gerçəkləşməsi nəticəsində isə on minlərlə vətəndaşımız bunun bəhrəsini görüb, öz gündəlik həyatında hiss edib. Mehriban xanımın xüsusilə təhsil sahəsində ayırdığı diqqət və qayğı xüsusi qeyd edilməlidir".

Newscenter.az xəbər verir ki, bunları "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai birlik təmsilçisi qeyd edib ki, Mehriban xanım Əliyevanın xüsusilə təhsil sahəsində həyata keçirdiyi layihələr və irəli sürdüyü təşəbbüslər təqdirəlayiqdir, diqqət çəkicidir.

Ruhiyyə Mehdiyeva qeyd edib ki, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı Azərbaycanın təhsil sektorunda inqilaba bərabər bir hadisə oldu:

"Sözügedən proqram çərçivəsində ölkə yüzlərlə məktəb binası tikildi və ya əsaslı şəkildə təmir oludu. Bu da öz növbəsində təhsilin inkişafına müsbət təsir göstərmiş oldu. Bundan başqa inklüziv təhsilin təşviqi istiqamətində addımlar atıldı. Əlilliyi olan uşaqlar üçün inklüziv təhsil imkanlarının artırılması təşəbbüsü irəli sürüldü və həyata keçirildi.
Eyni zamanda məktəblərdə rəqəmsal texnologiyaların tətbiqinə dair layihələrə dəstək verildi".

Ruhiyyə Mehdiyeva deyib ki, Azərbaycan təhsilinin günümüzdə əldə etdiyi uğurlarda Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri olub.

Anar Əliyev
Xəbəri paylaş