
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə audit aparacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aviasiya təhlükəsizliyi sahəsində ICAO auditi təşkilata üzv olan istənilən dövlət üçün mühüm hadisədir. Belə yoxlamalar bütün ölkələrdə sistemli şəkildə aparılır və onların nəticələri aviasiya sənayesinin inkişafına birbaşa təsir göstərir.
Auditdən keçməmək və ya əhəmiyyətli uyğunsuzluqların aşkarlanması aviaşirkətlərə və hava limanlarına məhdudiyyətlərin tətbiqinə səbəb ola bilər. 2026-cı ildə Nyu-Yorka (ABŞ) birbaşa uçuşların başlanması ilə əlaqədar auditin uğurla başa çatdırılması Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edir.
Anar Əliyev