
Avqustun 16-da Özbəkistanın paytaxtı Daşkənddə “Qovun festivalı” keçiriləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Yakkasaroy rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Tədbirdə respublikanın bütün rayonlarından fermerlər öz əlləri ilə yetişdirdikləri bostan sortları ilə iştirak edəcəklər.
Həmçinin festivalda özbək milli mədəniyyətini və qonaqpərvərliyini nümayiş etdirən rəngarəng konsert proqramları, Uyğur Milli Mədəniyyət Mərkəzinin hazırladığı canlı ifa və mahnılar təqdim olunacaq.
Süleyman