
Özbəkistanın Surxandərya vilayətinin Denov rayonunda yüngül yük avtomobillərinin istehsalına başlanılıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə rayon icra hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Layihənin ümumi dəyəri 30 milyon dollardır. O, illik gücü olan 5000 yüngül yük maşını istehsal etmək üçün nəzərdə tutulub.
Bu müəssisə Humo New Energy şirkəti tərəfindən yaradılıb. Layihə “Uzeltexsanoat” birliyinin və Surxandərya rayon rəhbərliyinin dəstəyi ilə həyata keçirilib və onun çərçivəsində 150 yeni iş yeri açılıb.
Layihənin növbəti mərhələsində yüngül yüklərin daşınması üçün elektromobillərin istehsalına başlanılması planlaşdırılır.
Anar Əliyev