
"ABŞ prezidenti D. Trampın Qəzza ilə bağlı 20 bəndlik planı ərəb ölkələri, Avropa və Türkiyə tərəfindən qəbul edilib. Xüsusilə, HƏMAS-la ABŞ və İsrail arasında aparılan danışıqlara vasitəçilik edən Qətər də razılıq verib. Məhz buna görə B. Netanyahu Qətərin Baş nazirindən hücuma görə üzr istədi".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Yaxın Şərqin yeni şəkilləndirilməsi reallaşır:
"Göründüyü kimi İsrailin Qəzzanı işğal etmək planı baş tutmur. Bu planda Qəzzanın İsrailin ərazisinə birləşdirilməsi nəzərdə tutulmur. Böyük Britaniya, Türkiyə və ərəb ölkələri Qəzzanın İsrailin idarəçiliyinə verilməsinə icazə vermədi. Halbuki B. Netanyahunun əsas planı Qəzzanı tam işğal etmək, fələstinliləri buradan köçürməkdən ibarət idi. Bu plana D.Trampı da inandırmışdı. Bu planin baş tutmamasında Türkiyə və Böyük Britaniyanın rolu xüsusi rolu olub".
Politoloq deyib ki, HƏMAS 72 saat ərzində girovları buraxmalıdır:
"Həmçinin İsrail də üzərinə düşəni həll etməlidir. Əgər, D. Trampın bu planını İsrail yerinə yetirməsə, Ağ Ev rəhbərinin reytinqinə mənfi təsir edəcək. Xüsusilə, təkcə daxili deyil, onun beynəlxalq nüfuzu da zədələnəcək".
Anar Əliyev