Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın Qəzza ilə bağlı sülh planı təqdirəlayiqdir

Trampın Qəzza ilə bağlı sülh planı təqdirəlayiqdir


"ABŞ prezidentinin planı Qəzzada atəşkəsin əldə olunmasına və İsrail-Fələstin müharibəsinin durdurulmasına ümidləri artırır".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, dünya ictimaiyyətinin də həmin plana prinsipcə mövqeyi müsbətdir:

"Plana əsasən HƏMAS 48 israilli girovu azad edir və tərksilah olunur, fəaliyyətini dayandırır, İsrail isə müharibəni bitirir, ömürlük həbsə məhkum edilmiş 250 fələstinli azad edir, humanitar yardımlar bölgəyə çatdırılır, eyni zamanda müəyyən təhlükəsizlik təminatı da verilir. Özü özlüyündə qanın axıdılmaması, tələfat və itkilərin miqyasının genişlənməməsi üçün Trampın sülh planı təqdirəlayiqdir. Lakin burda münaqişəyə səbəb olan iki vacib detal öz həllini tapmır. Birincisi, iki dövlətli həll prinsipi, Fələstinin müstəqil və suveren dövlət olaraq tanınması öz əksini tapmayıb. Digəri isə İsrailin işğal etdiyi Colan təpələri və Qüdsün üzərində suverenliyinin qəbul edilməsidir. Düşünürəm ki, Tramp planı işləməyəcək və uzunmüddətli sülhün əldə olunması baş verməyəcək. Çünki plan problemin köklü həllinə deyil, Təl-Əvivi beynəlxalq ictimaiyyətin artan təzyiqlərindən və tədricindən qorumağa hədəflənib".

Əli Orucov qeyd edib ki, hətta uzun illər İsraili dəstəkləyən Qərb ölkələri son zorakılıqlardan və Netanyahu iqtidarının təcavüzkar, davakar siyasətindən təngə gələrək onu cilovlamaq istiqamətində praktik addımlar atmaq məcburiyyətində qalıb:

"Bu planı daha çox Netanyahunu xilas planı adlandırmaq olar. Yaxşı sual olunur, çoxu uşaq və qadın olmaqla 60 mindən çox günahsız mülki insanların qətli, böyük bir yaşayış zonasının xarabalığa çevrilməsi, dağıdılması kimin ayağına yazılacaq? Bütün bu faciələrin məsuliyyəti təkcə HƏMAS-da deyil. Tutaq ki, həmin təşkilat buraxıldı tərksilah olundu, ancaq bu Fələstin-İsrail problemini həll etməyəcək və bir müddətdən sonra yenə müharibə alovlanacaq. Çünki vurğuladığımız kimi işğal faktoru legitimləşdirilir və iki dövlət həlli prinsipi yenə də maneçilik törədilir".

Əli Orucov qeyd edib ki, bu çatışmazlıqlarla belə Trampın sülh planı alqışlanmalı və qeyd şərtsiz qəbul edilməlidir:

"Ümid edək ki, həmin plan və bundan sonra göstəriləcək təşəbbüslər Yaxın Şərqdə, o cümlədən Fələstin probleminin həllində mühüm rol oynayacaq və yeni üfüqlər açacaq".

Süleyman
Xəbəri paylaş