
"İsrail-Fələstin məsələsinin kökləri elə dərinə gedir ki, hansısa razılaşma ilə bu məsələnin sadə həlli yoxdur".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, bu məsələ tərəflər üçün ölüm-qalım məsələsidir:
"Heç kim öz mövqeyindən geri durmaq istəmir. Bu məsələ onlar üçün ideoloji hal alıb. Qəzza xalqı övladlarını ölümə verməyə hazır olduqlarını qeyd edirlər təki torpaqlarından olmasınlar. İsrail də Qəzza fələstinlilərini terrorçu hesab edir. İndi bu durumda ABŞ-ın təkliflərinə fələstinlilərin razı olmaq ehtimalı yox səviyyəsindədir".
Azər Qasımov deyib ki, HƏMAS-la İsrail hakimiyyətinin olanlardan sonra razılığa gəlməsi mümkün ola bilməz:
"Qəzzaya idarəçi kimi təyin olunması planlanan Toni Bleyr də fələstinlilər tərəfindən sevilməyən fiqurdur. HƏMAS-ın tamamilə ərazidən çıxarılması fikri də mümkünsüz işdir. Qəzza fələstinlilərinin əksəriyyəti HƏMAS tərəfdarıdır. Hesab edirəm ki, Tramp planı sadəcə dünya ictimaiyyətini sakitləşdirmək məqsədi daşıyır. Bunun baş tutmayacağını Netanyahu da bilir. Trampa da bəhanə lazımdır ki, İsrail Qəzzanı boşaltmaq üçün legitimlik qazansın".
Süleyman