
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qazaxıstana səfərə gedəcək.
Newscenter.az-ın xəbərinə görə, səfərdə məqsəd Qazaxıstanın Alma-ata şəhərində keçiriləcək Şərqi Avropa və Mərkəzi Asiya Parlamentlərinin vərəmlə mübarizəyə dair Regional Zirvə görüşündə iştirak etməkdir. Millət vəkilinin səfəri oktyabrın 1-dən 3-dək davam edəcək.
Qeyd edək ki, sözügedən zirvə görüşünün təşkilatçıları Parlamentarilərin Qlobal Vərəm Koalisiyası (Global TB Caucus) və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyidir.
Süleyman