
Çin yanvar-sentyabr aylarında Rusiyaya pivə ixracını 47,5% artırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi (GAC) məlumat verib.
Məlumata görə, Çin şirkətləri yanvar-sentyabr aylarında Rusiyaya pivə tədarükünü illik müqayisədə 47,5% artıraraq 36,39 milyon litrə çatdırıblar.
Dövlət Gömrük Xidmətinin elektron sistemindəki yenilənmiş məlumatlara əsasən, hesabat dövründə Çindən Rusiyaya dəyər ifadəsində pivə ixracı 53% artaraq 33,37 milyon dollar təşkil edib. Rusiya materik Çin üçün əsas xarici satış bazarları arasında beşinci yeri tutur. Birinci yerdə Tayvan adası, ikinci yerdə Myanma, sonrakı yerləri Honq-Konq Xüsusi İnzibati Bölgəsi və Birləşmiş Ərəb Əmirlikləri tutur.
Mehman Mehdiyev