
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb bu ölkəyə səfərə gəlib.
Newscenter.az Özbəkistanın uze.uz xəbər portalına istinadən bildirir ki, səfər 29 oktyabr - 1 noyabr tarixlərini əhatə edəcək.
Rəsmi xarakter daşıyan səfər proqramına uyğun olaraq, Daşkənddə yüksək səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlar zamanı Özbəkistanla Finlandiya arasında çoxşaxəli əməkdaşlığın, ilk növbədə siyasi, ticarət-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə daha da genişləndirilməsinin aktual məsələləri nəzərdən keçiriləcək.
Qarşılıqlı ticarət həcminin artırılmasına, kənd təsərrüfatı, ekologiya, kimya, energetika, rəqəmsallaşdırma, mədənçilik və mədən sənayesi və digər innovativ sektorlarda əməkdaşlığın qurulmasına xüsusi diqqət yetiriləcək.
Əmək miqrasiyası, mədəniyyət və təhsil sisteminə qabaqcıl texnologiyaların tətbiqi sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.
Çoxtərəfli strukturlarda qarşılıqlı dəstək də daxil olmaqla, beynəlxalq əhəmiyyətli aktual məsələlər mübadiləsi aparılacaq.
Süleyman











































