Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda hava nəqliyyatında sərnişin daşımaları 24 milyona çatacaq

Özbəkistanda hava nəqliyyatında sərnişin daşımaları 24 milyona çatacaq


Özbəkistanda mülki aviasiya sektorunun inkişafı üçün əsas hədəf göstəriciləri 2030-cu ilə qədər beynəlxalq və daxili uçuşların sayını 200.000-ə çatdırmaqdır.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu göstəricilər 27 oktyabrda qəbul edilmiş 193 nömrəli yeni prezident fərmanında müəyyən edilib.

Fərmanda əsas hədəf göstəricilər qeyd edilib.

Belə ki, hava nəqliyyatında xidmət göstərilən sərnişinlərin sayının 24 milyona, Özbəkistanın rezident aviaşirkətlərinin təyyarə parkının 180-ə çatdırılması hədəflənib.

Bundan əlavə, mülki aviasiya sahəsində maliyyə müstəqilliyinin təmin edilməsi məqsədilə 2026-cı il yanvarın 1-dən etibarən dövlət büdcəsindən Uzaaviasiya Agentliyinin saxlanılması üçün ayrılan vəsait ləğv ediləcək.

Uzaeronaviqasiya Mərkəzi Dövlət Müəssisəsinin 2025-ci ilin sonu və sonrakı illər üçün xalis mənfəətindən ayrılan 20 faizlik vəsait ləğv ediləcək.

Süleyman
Xəbəri paylaş