
Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri David Seliverstov Belarusa səfər edib.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində o, Belarus Respublikasında yerləşən Azərbaycan Ticarət Evini ziyarət edib.

Görüş zamanı Azərbaycan və Belarus arasında iqtisadi inkişaf və ikitərəfli münasibətlərin genişləndirilməsi məsələləri ətraflı şəkildə müzakirə olunub. Fikir mübadiləsi səmərəli və işgüzar mühitdə baş tutub.

David Seliverstov deyib ki, Ticarət Evinin yüksək təşkilatçılıq səviyyəsi və iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti xüsusi təəssürat yaradıb:

"Bununla yanaşı, səfər çərçivəsində Belarus–Yəhudi İcması Birliyinin ziyarət etdik. Bu ziyarət xalqlar arasında mənəvi və mədəni əlaqələrin davamlılığını, eləcə də tarixə və dini irsə hörmətin mühüm simvolu kimi dəyərləndirildi".
Süleyman











































