
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti yaxın gələcəkdə ABŞ iqtisadiyyatına öz investisiyalarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə BƏƏ-nin ABŞ-dakı səfirliyinin bəyanatında bildirilib.
Səfirlik X-də bunları bildirib:
"BƏƏ artıq ABŞ iqtisadiyyatına 1 trilyon dollardan çox sərmayə qoyub. Artıq yeni investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün aydın planımız var".
Diplomatik missiya həmçinin BƏƏ-nin özündə pisləşən iqtisadi vəziyyət və İran ətrafındakı böhran fonunda xarici yardıma ehtiyac barədə fikirlər irəli sürən bəzi iqtisadi ekspertlərin fərziyyələrini tənqid edib. Səfirlik qeyd edib ki, BƏƏ-nin xarici maliyyə dəstəyinə ehtiyacı olduğuna dair hər hansı bir fikir faktların təhrif olunmasıdır.
Anar










































