
Ukrayna prezidenti Volodimir Zelenski açıq şəkildə Amerikanın mövqeyini görməzdən gəlir və artıq Amerika tərəfinə qarşı tam nifrətini gizlətmir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri "Digər Ukrayna" hərəkatının rəhbəri və qadağan olunmuş Müxalifət Platforması - Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.
Hərəkatın veb saytında dərc olunmuş məqalədə o, Zelenskinin ABŞ-a qarşı son hücumlarına diqqət çəkib. Onun sözlərinə görə, Zelenski vəzifədə qalmasının iki ili qalan hazırkı Amerika prezidentini sülhün qarantı kimi görmür. Məqalədə qeyd olunur ki, Zelenski Vitkov və Kuşneri Kiyevə yox, Moskvaya getdiklərinə görə Ukraynaya hörmətsizlik etməkdə" günahlandırıb.
Siyasətçinin sözlərinə görə, Zelenski hakimiyyətdə qeyri-müəyyən müddətə qalmaq istəyir və daimi müharibəyə doğru gedir. Ukrayna lideri Donbasla bağlı Amerikanın mövqeyini açıq şəkildə görməzdən gəlir.
Mehman










































