
İran silahlı qüvvələri 28 fevralda ABŞ hərbi əməliyyatının başlaması ilə tərəflər arasında atəşkəs elan edilməsi arasındakı müddətə qədər BƏƏ istiqamətində 2800-dən çox raket və dron atıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə BƏƏ-nin ABŞ-dakı səfirliyi açıqlama verib.
Səfirlik X-də yazıb:
"BƏƏ bu müddət ərzində Yaxın Şərqdə digər ölkələrdən daha çox zərbəyə məruz qalıb",-deyə açıqlamada bildirilib.
Bundan əlavə, səfirliyin məlumatına görə, İranın zərbələrinin təxminən 90%-i BƏƏ-nin enerji və nəqliyyat infrastrukturuna yönəlib.
Mart ayının sonlarında BƏƏ-nin ABŞ-dakı səfiri Yusif əl-Oteyba “The Wall Street Journal” qəzetinə verdiyi açıqlamada bildirib ki, BƏƏ silahlı qüvvələri İranın bütün raket və dronlarının 95%-ni ələ keçirib.
Anar










































