Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çexiya Qazaxıstan vətəndaşları üçün viza rejimini asanlaşdıracaq

Çexiya Qazaxıstan vətəndaşları üçün viza rejimini asanlaşdıracaq


Çexiya Qazaxıstan vətəndaşları üçün viza rejimini asanlaşdıra bilər.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə deyib.

Andrey Babiş deyib ki, biz Qazaxıstanı strateji tərəfdaş hesab edirik:

"İnanıram ki, birgə səylər vasitəsilə ikitərəfli ticarətin həcmini artıracağıq. İlk növbədə, enerji sektorunda əməkdaşlığı gücləndirmək istəyirik. Ölkənizdən uzunmüddətli neft nəqli ilə maraqlanırıq. Enerji inkişaf strategiyamız nüvə enerjisinə əsaslanır. Buna görə də, Qazaxıstanın dünyanın əsas uran istehsalçısı kimi də maraqlanırıq".

Baş nazir qeyd edib ki, Çexiya Qazaxıstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsini ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində təşviq etmək niyyətindədir.


Süleyman
Xəbəri paylaş