
Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib.
Newscenter.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, Londonun bu addımı ötən ay Moskvanın FSB əməkdaşları tərəfindən kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş Britaniya diplomatını ölkədən çıxarmaq qərarı ilə bağlıdır. Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, bununla əlaqədar olaraq, Rusiya səfiri Andrey Kelini XİN-ə çağırılıb, ona cavab tədbiri, rusiyalı diplomatın akkreditasiyasının ləğvi barədə məlumat verilib.
Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, Rusiyanın bundan sonrakı hər hansı hərəkəti eskalasiya kimi qiymətləndiriləcək və cavabı veriləcək.
Anar









































