
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılov Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyev Almaniyada, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanov isə Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.
DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Anar









































