
Çex Respublikası ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkə siyasi dialoqun inkişafına, iqtisadi əlaqələrin genişləndirilməsinə və beynəlxalq platformalarda bir-birinə dəstəyin gücləndirilməsinə xüsusi önəm verir.
Bu baxımdan, Andrey BabişinAzərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Aprelin 27-də Qəbələdə Cənab Prezident İlham Əliyev ilə keçirilən görüş və birgə mətbuata verilən bəyanat iki ölkə arasında mövcud olan sıx və dostluq münasibətlərinin bariz nümunəsidir.
Qeyd etmək istərdim ki, görüş çərçivəsində ölkə başçısı bəyanatla çıxış edərək bildirmişdir ki, iqtisadi sahədə həyata keçiriləcək işlərlə bağlı kifayət qədər konkret ideyalar və təkliflər mövcuddur. Xüsusilə, Andrey Babiş ilə birlikdə Çex Respublikasından geniş tərkibli iş adamları heyətinin Azərbaycana səfəri çox müsbət haldır. Bu gün təşkil olunacaq biznes forumun yeni əlaqələrin qurulmasına və artıq mövcud olan layihələr ətrafında fikir mübadiləsinin genişlənməsinə ciddi töhfə verəcəyinə inanıram.
Onuda vurğulamaq istərdim ki, iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da əsas prioritetlərdən biri kimi ön plana çıxır. Azərbaycanın regionda mühüm tranzit mərkəzi kimi formalaşması nəzərə alınaraq, Çex Respublikasının bu imkanlardan yararlanması perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi, yük daşımalarının həcminin artırılması və logistika infrastrukturunun müasirləşdirilməsi istiqamətində konkret addımlar və təşəbbüslər irəli sürülüb.
Həm ikitərəfli formatda, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə iqtisadi və investisiya yönümlü bir sıra konkret layihələr ətrafında geniş və məzmunlu müzakirələr aparılıb. Bu müzakirələr göstərir ki, əməkdaşlığın dərinləşdirilməsi üçün kifayət qədər möhkəm zəmin və real imkanlar mövcuddur. Tərəflərin irəli sürdüyü təşəbbüslər və praktiki addımlara yönəlmiş yanaşma bu sahədə niyyətlərin bir daha ciddi və məqsədyönlü olduğunu nümayiş etdirir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı










































