
Rusiyada terror təhdidləri riski artıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.
Kreml rəhbəri seçki təhlükəsizliyi ilə bağlı iclasda çıxışı zamanı deyib ki, ölkədə terror təhlükəsi riski radikal qrupların və beynəlxalq terror təşkilatlarının davam edən fəaliyyəti fonunda baş verir.
"Beynəlxalq terror təşkilatları, radikal və ekstremist qruplar təxribatçı fəaliyyətlərini davam etdirirlər",-deyə Kreml rəhbəri təəssüf hissi ilə qeyd edib.
Anar










































