
ABŞ danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana qarşı qısa və güclü zərbələr dalğası başlatmaq planı hazırlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Axios məılumat yayıb.
Portal Prezident Donald Trampa istinadən qeyd edir ki, Vaşinqton İranın təklif etdiyi üç mərhələli planı faktiki olaraq rədd edib. Qeyd edilir ki, Tramp İranın Hörmüz boğazını açmaq, dəniz blokadasını aradan qaldırmaq və nüvə proqramı danışıqlarını sonrakı tarixə təxirə salmaq təklifi ilə razılaşmır.
Axios mənbələrinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mülki infrastruktur da daxil olmaqla, İrana qarşı qısa və güclü hücumlar dalğası üçün plan hazırlayıb. Zərbələrdən sonra ABŞ İran rəhbərliyinə danışıqlar masasına qayıtmaq və daha çox çeviklik nümayiş etdirmək üçün təzyiq göstərməyə ümid edir.
Portalın məlumatına görə, Tramp hazırda Tehrana qarşı dəniz blokadasını əsas təzyiq vasitəsi kimi görür. Lakin hərbi əməliyyatların mümkünlüyünü də nəzərdən keçirəcək.
Mehman










































