
Belarus Rusiya ilə əməkdaşlıq çərçivəsində hərbi hissələrdə nüvə silahlarının döyüş istifadəsi və nüvə dəstəyi üzrə təlimlər zamanı nüvə silahlarının çatdırılmasını və istifadəsinə hazırlığı həyata keçirir.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Təlim zamanı Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində nüvə silahlarının çatdırılması və istifadəyə hazırlanması məşqləri planlaşdırılır", - deyə nazirliyin bəyanatında bildirilir.
Nazirlik qeyd edib ki, təlim Belarusda başlayıb. Təlim Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Belarus Respublikası Müdafiə nazirinin birinci müavininin rəhbərliyi altında xüsusi döyüş sursatları da daxil olmaqla müasir silahlardan istifadəyə hazırlığını artırmaq məqsədilə keçirilir.
Müdafiə Nazirliyi Belarusdakı nüvə bölmələrinin təliminin üçüncü ölkələrə qarşı yönəlmədiyini bildirib.
Aygün










































