Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva 122 illik yağış rekordunu qırdı

Moskva 122 illik yağış rekordunu qırdı


Moskva 1904-cü ildən bəri davam edən 17 may yağış rekordunu qırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə sinoptik Yevgeni Tişkovets özünün Telegram kanalında məlumat verib.

Tişkovets yazıb: "Son zamanlar yağan güclü yağışlar nəticəsində Moskva meteoroloji stansiyasındakı yağıntı ölçən cihaz son 24 saat ərzində 34 mm yağıntı və ya aylıq normanın 55%-ni (17 mayda 28 mm, 18 mayda isə gecə ərzində daha 6 mm) qeydə alıb. Bundan əlavə, dünən 17 may üçün gündəlik yağıntı rekordunu qırıb, bu rekord 1904-cü ildən bəri 21,1 mm təşkil edirdi.

Bildirib ki, növbəti iki gün ərzində yağıntı gözlənilmir.

Arzu

Xəbəri paylaş