
Rusiya və Çin, Yaxın Şərq də daxil olmaqla, qlobal böhranların yüklərin qiymətinə və çatdırılma müddətinə təsirini minimuma endirmək üçün sistematik olaraq birgə logistika marşrutları inkişaf etdirirlər.
Newscenter. az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya İxrac Mərkəzinin (REC) rəhbəri Veronika Nikişina bildirib.
"Əlbəttə ki, qiymətlərdə müəyyən artım var, bu, əsasən qlobal yanacaq qiymətləri ilə bağlıdır. Amma demək istəyirəm ki, biz uzun müddətdir ki, Çin Xalq Respublikası ilə logistika qurmaq üçün sistemli şəkildə çalışırıq ki, istənilən qlobal böhranın bu logistikaya və marşrutlara minimal və ya heç bir təsir göstərməməsini təmin edək", - deyə o bildirib.
Onun sözlərinə görə, bu iş malların çatdırılmasının bütün mövcud üsullarını əhatə edir. Xüsusilə, Rusiya və Çin dəniz limanları təkcə ikitərəfli ticarət üçün deyil, Cənub-Şərqi Asiya bazarları üçün də paylama mərkəzlərinə çevrilir. Mürəkkəb dəniz tranzit marşrutları daha birbaşa və rahat marşrutlarla əvəz olunur.
Nikişina həmçinin sərhəd keçid məntəqələrinin modernləşdirilməsinin və dəmir yolu konteyner daşımalarının, o cümlədən Monqolustan vasitəsilə tranzitin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Şeyda










































