
"Xəzər dənizi üzərində körpünün inşa olunması artıq sadəcə bir arzu deyil, strateji zərurətdir. Bu körpü Azərbaycanı Orta Asiya ilə birbaşa birləşdirərək ölkəmizi dünyanın ən mühüm logistika və ticarət mərkəzlərindən birinə çevirə bilər".
Newscenter.az xəbər verir ki, bunları Aztürk Holdinqin prezidenti Güləli Bağırov deyib. O bildirib ki, NeoOrdo Xəzər Körpüsü layihəsi gələcəyin iqtisadi gücünü, yeni İpək Yolunu və Türk dünyasının inteqrasiyasını simvolizə edir:
"Bu layihə, Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək, minlərlə yeni iş yeri yaradacaq. Eyni zamanda Avropa ilə Asiya arasında ən qısa və təhlükəsiz tranzit yolunu formalaşdıracaq, Azərbaycanın geosiyasi və strateji əhəmiyyətini daha da artıracaq. Beləliklə, gələcək cəsarətli qərarlar verənlərin olacaq".
Video ilə aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz:
https://www.facebook.com/reel/1312912770283010
Süleyman











































