Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə baş verənlərdə Kılıcdaroğlu daha çox məsuliyyət daşıyır

Türkiyədə baş verənlərdə Kılıcdaroğlu daha çox məsuliyyət daşıyır


"Türkiyədə baş verən ictima-siyasi proseslər Azərbaycanda da həyacan və diqqətlə izlənilməkdədir. Bu da təsadüfi deyil. Türkiyə qardaş dövlətdir, müttəfiqimizdir, təmannasız olaraq daima yanımızda olub. Türkiyənin güclü və qüdrətli olması bizim üçün də böyük əhəmiyyət kəsb edir".

Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov Türkiyədə baş verənləri şərh edərkən səsləndirib. O qeyd edib ki, Ankaranın bölgəsəl və beynəlxalq nüfuzunun artması bir sıra gücləri ciddi şəkildə narahat etməkdədir:

"Ərdoğan hakimiyyəti Türkiyəni bütün mənalarda dünya liderləri səviyyəsinə çıxamağa nail olub. Doğrudur, qüsurlar və problemlər də var. Ancaq bunlar qarşıdurma və gərginlik fonunda deyil, kompromis və anlaşmalarla həllini tapmalıdır. Ankara məhkəməsinin CHP-nin qurultayını və qurultayın nəticələrini ləğv etməsi ciddi ictimai-siyasi təlatümlər yaratdı. Cümhuriyyət Xalq Partiyası Türkiyənin köklü, qədim və ənənəsi olan partiyalarından biridir. Onun sabit elektoratı və tərəfdarları var. Hakimiyyətin inzibatı və qeyri-məqbul üsullarla sabiq lider Kılıcdaroğlunun partiyanın rəhbərliyinə gətirilməsi mətiqə sığmır və sağlam məqsədə xidmət etmir. Kılıcdaroğlu sədr vəzifəsində olduğu müddət ərzində Türkiyədə keçirilən heç bir seçkidə ciddi uğur qazana bilməyib. Onun siyasi xadim kimi dövrü bitmiş və yerini daha enerjili və ambisiyalı siyasətçilərə verməsi təbii seçimdir. Türkiyə demokratik dövlətdir. Odur ki, siyasi rəqabət və mübarizə də dəyərlərə və demokratik əsaslara uyğun aparılmalıdır".

Əli Orucov hesab edir ki, baş verənlərdə Kılıcdaroğlu daha çox məsuliyyət daşıyır:

"Bu şəxs reallıqları və özünün potensilaını nəzərə alıb addımlar atmalıdır. CHP-ni yeni uğurlara və qarşılarına qoyduğu hədəflərə aparmaq artıq onunun imkanları xaricindədir. Özü Türkiyə siyasi tarixində və Türkiyə cəmiyyətində belə obrazda qalmağı seçməməliydi. Proseslərin gedişi yaxşı heç nə vəd etmir. Hakimiyyətin atdığı "məhkəmə qərarı" təkcə siyasi qütbləşmələri deyil, ümumilikdə Türkiyə cəmiyyətinin parçalanmasını və cəbhələşməsini dərinləşdirəcək. Gərginliyi və qarşıdurmanı körükləyəcək. Fikrimcə güclü Lider olan Ərdoğan Türkiyədə hakimiyyət varisliyini demokratik və təbii axara buraxmalıdır".

Süleyman
Xəbəri paylaş