
Ebolanın erkən simptomları soyuqdəymə ilə səhv salına bilər. insanda qızdırma yarana, qusa və ümumiyyətlə halsızlıq hiss edə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin virusoloqu və baş elmi işçisi Anatoli Altşteyn bildirib.
Onun sözlərinə görə, yüksək hərarət yarana, qusma baş verə və ümumi zəiflik yarana bilər:
"Yalnız bir neçə gündən sonra dəridə qanaxma görünəcək. Şiddətli baş ağrıları baş verəcək. Vəziyyət belədir", - deyə o bildirib.
Altşteynin sözlərinə görə, xəstəliyi epidemiya olan ərazilərdə aşkar etmək asandır:
"Rusiyada isə bu belə deyil. Əgər Rusiyada heç bir yoluxma halı yoxdursa və heç vaxt olmayıbsa, diaqnoz qoymaq çətin olacaq. Lakin, artıq Ebolanın göstəricisi olan qanaxmalar (xəstəliyin təxminən 4-5 günü) diaqnozu asanlaşdıra bilər. Altşteyn yekun olaraq bildirib ki, qəti diaqnoz müəyyən bir test vasitəsilə qoyulur".
Arzu












































