
Rusiya və Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvləri olaraq dostluq münasibətləri saxlayır və dialoq aparırlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Biz dialoqu davam etdiririk. Eməni dostlarımızla dialoqu davam etdiririk və davam etdirəcəyik",-deyə, Kreml sözçüsü bildirib.
Moskva və Yerevanın dost olub-olmadığı ilə bağlı suala cavab olaraq Peskov "Mütləq" deyə vurğulayıb.
"Biz Ermənistanla ən inkişaf etmiş inteqrasiya proseslərindən birindəyik", - deyə Peskov əlavə edib.
Arzu












































