
Birləşmiş Ştatların dövlət katibi Marko Rubionun Yerevana planlaşdırılan səfəri ilə 7 iyuna planlaşdırılan parlament seçkiləri arasında hər hansı bir əlaqə yoxdur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Bunun seçkilərlə nə əlaqəsi var? Onlar necə əlaqəli ola bilər?", - deyə Mirzoyan vurğulayıb.
Nazir həmçinin Rubionun səfəri zamanı hansı sənədlərin imzalanacağı ilə bağlı sualı da cavablandırmayıb və bunun vaxtında elan ediləcəyini deyib.
Qeyd edək ki, ABŞ dövlət katibinin Ermənistana səfəri zamanı onun Mirzoyanla danışıqlar aparması və ardınca sənədlərin imzalanması planlaşdırılır.
Arzu












































