
"Məişət zorakılığından danışarkən ilk növbədə onun haradan qaynaqlandığına da diqqət çəkməliyik. Qarşıdan Qurban bayramı gəlir və təəssüflər olsun ki, yenə uşaq və yeniyetmələrin gözü qarşısında qurbanlar kəsiləcək və hətta kəsilən qurbanın qanından uşağın alnına sürtüləcək. Hesab edirəm ki, bunun özü gələcəkdə məişət zorakılığına aparan hallardandır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. Millət vəkili hesab edir ki, gələcəkdə məişət zorakılığı hallarının qarşısını almaq üçün bu kimi həssas məqamlara diqqət yetirilməlidir:
"Təsəvvür edin orta məktəb qarşısında ət dükanı fəaliyyət göstərir və orada kəsilən heyvanın başı dükanın qarşısında asılır. Bu mənzərəni görən yeniyetmənin gələcəyinin necə olacağını düşünmək çətindir".
Millət vəkili deyib ki, bu kimi hallara qarşı müəyyən tədbirlər görülməlidir.
Süleyman












































