Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlarımızın saf gülüşünün və işıqlı gələcəyinin qorunması hər birimizin borcudur

Uşaqlarımızın saf gülüşünün və işıqlı gələcəyinin qorunması hər birimizin borcudur


"Uşaqlar-Tanrının ailəyə bəxş etdiyi ən böyük sərvət, dünyanın ən qiymətli xəzinəsi, ən böyük səadətidir. Uşaqlar evin sevinci,ailə üçün xoşbəxtlik mənbəyidir. Uşaqlar həyatımızı önəmli edənlər,ümidlərimizin,gələcəyimizin nümayəndələri və təminatıdır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Əli Məsimli səsləndirib. Onun sözlərinə görə, uşaqların böyümələri, inkişafı, ilk addımlarını atmaları və təhsilə, idmana, sənətə başlamaları valideynlərin həyatında yaşanan ən böyük həyəcanlardan biridir:

"1 iyun uşaqların bayram günü olmaqla yanaşı, həm də onların hüquqlarını qorumaq və onlara sevgi dolu bir dünya bəxş etmək üçün biz böyüklərə düşən məsuliyyəti xatırladan gündür. Gələcəyimiz olan uşaqlarımızın saf gülüşünün və işıqlı gələcəyinin qorunması hər birimizin borcudur.Uşaqların hüquqlarının müdafiəsi, xoşbəxtliyi, sağlamlığı, təhlükəsizliyi, təhsilə və mədəniyyətə əlçatanlığının təmin edilməsi bizim ən mühüm məsuliyyətimizdir.Uşaqların sağlamlığı,təhlükəsizliyi, normal inkişafı üçün çalışan hər kəs böyük hörmət və ehtirama layiqdir".

Deputat qeyd edib ki, sağlam, xoşbəxt, qayğısız və sülh içində yaşayacaqları bir dünya, firavan gələcək arzusu ilə, sabahın ümidi olan uşaqların üzündən gülüş, gözlərindən sevinc heç vaxt əskik olmasın:

"İnsanlığın xoşbəxtliyi üçün dünyanın harasında yaşamasından asılı olmayaraq uşaqlarıın atalı-analı, böyüməsi, təhsilli, xoşbəxt, sevincli,sağlıqlı olması,arzularınızın davamlı olaraq gerçəkləşəcəyi uğurlu bir həyat yolu diləyi ilə bütün uşaqların bayramını,eləcə də onların valideynlərini,nənə və babalarını,əzizlərini təbrik edirik!".

Süleyman
Xəbəri paylaş