
VII çağırış Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib.
Newscenter.az xəbər verir ki, görüş Kürdəxanı Bələdiyyəsinin inzibati binasında təşkil olunub.

Görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən aktual məsələlər, eləcə də infrastrukturla bağlı mövcud çətinliklər ətrafında geniş müzakirələr aparılıb.
Deputat Azər Allahverənov bələdiyyə nümayəndələri ilə birlikdə sakinləri narahat edən məsələlərin operativ şəkildə həlli istiqamətində fikir mübadiləsi aparıb, bəzi problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılması üçün konkret addımlar müəyyənləşdirib.
Süleyman












































