Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib


Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Newscenter.az-ın məlumatına görə, "Report" Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsinə səs verib.

Dörd raunddan sonuncusunda 142 ölkə Qırğızıstana səs verib, Filippin isə cəmi 49 səs toplayıb.

2027-ci il yanvarın 1-dən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da qeyri-daimi üzvlər kimi Təhlükəsizlik Şurasına daxil olacaq. Onlar şurada səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.
Xəbəri paylaş