Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşəcək

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşəcək



Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası bu gün azarkeşlərlə bir araya gələcək.

Bu barədə Newscenter.az-a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

Komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər.

Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Arzu
Xəbəri paylaş