
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer həyat yoldaşı ilə birlikdə Özbəkistana səfərə gəlib.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub.
Daşkənd-Humo Beynəlxalq Hava Limanında yüksək vəzifəli qonağı Özbəkistan Respublikası Baş nazirinin müavini Açilboy Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi səfər proqramına uyğun olaraq, iki dövlət başçıları arasında dar və geniş tərkibdə danışıqlar aparılacaq. Çoxşaxəli Özbəkistan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Tərəflər ticarət, sənaye əməkdaşlığı, enerji və "yaşıl" texnologiyalar, nəqliyyat və logistika, əczaçılıq və kimya sənayesi, kənd təsərrüfatı sahələrində praktik əməkdaşlığın genişləndirilməsinə, təhsil və humanitar mübadilələrin intensivləşdirilməsinə xüsusi diqqət yetirəcəklər.
Beynəlxalq və regional əhəmiyyətli aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq. Danışıqlar çərçivəsində bir sıra yeni birgə layihə və proqramların həyata keçirilməsi planlaşdırılır.
Süleyman












































