Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Rusiya ilə dialoqa maraqlıdır

Ermənistan Rusiya ilə dialoqa maraqlıdır


Ermənistan Rusiya ilə dialoqu davam etdirməkdə maraqlıdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə ikitərəfli əlaqələrin qurulması gözlənilir.

"Biz dialoqda, münasibətlərimizin davam etdirilməsində maraqlıyıq və yaxın gələcəkdə yeni əlaqələr, təmaslar olacaq", - deyə erməni diplomat bildirib.

Safaryan Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı onu da qeyd edib ki, Moskva ilə İrəvan arasında ciddi mübahisə predmeti olacaq problem yoxdur.

Qeyd edək ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlərdə sərinlik müşahidə edilir. Bu tendensiya, xüsusilə Ermənistanda iyunun 7-də keçirilən parlament seçkiləri ərəfəsi və ondan sonrakı dönəmdə müşahidə edilir.

Aygün
Xəbəri paylaş