
Birləşmiş Ştatlar prezidenti Donald Trampın təyyarəsi Ankaraya eniş edib.
Newscenter.az xəbər verir ki, bu barədə İhlas Xəbər Agentliyi məlumat verib. Ağ Ev rəhbəri Türkiyədə keçiriləcək NATO-nun 36-cı Zirvə Görüşündə iştirak etmək üçün Ankaraya gəlib.
Məlumata görə, zirvə görüşündən əvvəl Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. İki lider Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna müharibəsinin həlli mümkünlüyünü müzakirə edəcəklər.
Tramp-Ərdoğan görüşündə Türkiyə ilə Birləşmiş Ştatlar arasında mövcud olan əlaqələr, onun inkişaf perspektivləri də müzakirə ediləcək.
Süleyman












































