Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrov Efiopiyaya səfər edəcək

Lavrov Efiopiyaya səfər edəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrika ölkələrinə səfəri başlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya XİN rəhbərinin təyyarəsi Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərinə eniş edib.

Lavrovun respublika rəhbərliyi ilə, o cümlədən Efiopiyanın xarici işlər naziri Gedion Timoteusla görüşü gözlənilir. Qeyd edək ki, Lavrovun Efiopiyaya son səfəri 2022-ci ilin iyul ayında baş tutub. O vaxtdan bəri ölkələr arasında əməkdaşlığın əsası xeyli genişlənib: 2024-cü ildə Efiopiya BRICS-in tamhüquqlu üzvü olub və bu vəzifədə qrupun Kazanda keçirilən zirvə toplantısında ilk dəfə iştirak edib.

Səfər zamanə 2026-cı ilin oktyabrında Moskvada keçiriləcək üçüncü Rusiya-Afrika sammitinə hazırlıqlar müzakirə ediləcək.

Süleyman
Xəbəri paylaş