
İsrail qondarma "erməni soyqırımı"nı tanımaqdan vaz keçməlidir. Çünki bu, Yaxın Şərqdəki gərgin vəziyyəti bir qədər də dərinləşdirəcək. Eyni zamanda Türkiyə də müvafiq addımlar atmağa məcbur olacaq. Yəqin ki, ABŞ administrasiyası da İsrailin bu qərardan çəkilməsi üçün müvafiq tövsiyələr verib. Hazırki dövrdə aktual və tanınması lazım olan bircə soyqırımı var, o da İsrailin müsəlman genosididir. İrqindən, məzhəbindən, millətindən asılı olmayaraq Qəzzada 80 min adamın körpə, uşaq, qoca, qadın demədən misli görünməmiş şəkildə kütləvi şəkildə qətlə yetirilməsi BMT-nin müvafiq qərarına görə də soyqırımı aktıdır. Məhz buna görə də Netanyahu barəsində Beynəlxalq Məhkəmənin həbs orderi mövcuddur. Bunun unudulması üçün Türkiyəyə qarşı təziq vasitəsi kimi qondarma "erməni soyqırımı"nı tanımağı gündəmə gətirmək ümumi vəziyyətin daha mürəkkəb hal almasına səbəb olacaq.
Tural İrfan













































