
Azərbaycan Avropanın enerji xəritəsinin şaxələndirilməsində və təhlükəsizliyində hər zaman üzərinə düşən öhdəlikləri düzgün yerinə yetirən bərabərhüquqlu bir tərəfdaş olmuşdur. Əlbəttə ki, Cənub Qaz Dəhlizi layihəsi bu etimadın ən böyük rəmzidir. Yaşıl Avropa Komissiyası ilə münasibətlər artıq sadəcə ənənəvi resurslarla məhdudlaşmır. Azərbaycanın bərpa olunan enerji potensialı və Avropa Komissiyasının “yaşıl keçid” hədəfləri gələcək nəsillər üçün daha təmiz bir dünya qurmaq naminə bizi birləşdirir. Xüsusilə qeyd edə bilərəm ki, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan, Orta Dəhliz vasitəsilə Avropanın qlobal təchizat zəncirinin kəsilməzliyini təmin edən qlobal bir qovşaq rolunu oynayır.
Hər bir böyük tərəfdaşlıqda olduğu kimi, bəzi regional və siyasi məsələlərdə baxış bucaqları fərqli ola bilər. Lakin Azərbaycan və Avropa Komissiyası arasındakı münasibətlərin ən gözəl tərəfi odur ki, tərəflər hər zaman açıq, səmimi və rəsmi dialoq formatını qoruyub saxlayırlar.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iyulun 1-də Bakıya reallaşan rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuat üçün birgə bəyanatlarla çıxış etməsi məhz bu qeyd olunan yüksək səviyyəli və səmimi tərəfdaşlığın bariz nümunəsidir. Bu tərəfdaşlıq yalnız iqtisadi layihələrdən ibarət deyil; bu, həm də mədəniyyətlərarası dialoqa, inkişafa və dinc yanaşı yaşamaya verilən ortaq töhfə xarakteri daşıyır. Azərbaycan və Avropa Komissiyası zamanın sınağından keçmiş bu dostluq və tərəfdaşlıq bağlarını yeni rəqəmsal və ekoloji layihələrlə daha da möhkəmləndirmək əzmindədir.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini












































