Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya aqressiyasından əl çəkməyəcək

Rusiya aqressiyasından əl çəkməyəcək


"Rusiya-Ukrayna müharibəsi artıq əsl müharibə xarakteri alıb. Vaxtilə təktərəfli Ukrayna ərazisində gedən müharibə artıq hər iki ölkənin torpaqlarında gedir. Əslində, Rusiya ərazisinə, xüsusilə də, Moskva və Sankt-Peterburqa endirilən hər zərbə Rusiyanın böyüklük və məğlubedilməzlik anlayışı üçün bir imic, mahiyyət itkisi anlamına gəlir. Etdirilən hər zərbə Rusiyanın böyüklüyündən bir parça qoparır, getdikcə onu kiçildir. Elə bu mahiyyət kiçilməsinin nəticəsidir ki, Rusiya Ukrayna ərazisini hara gəldi raket və PUA zərbəsinə məruz qoyur, yaşayış ərazilərini, qeyri-hərbi obyektləri vurur, dinc insanları məhv edir".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Azərbaycanın Ukraynadakı obyektlərinin vurulması ilk deyil:

"Səfirliyimiz də daxil SOCAR-ın yanacaq doldurma və emal məntəqələrinin vurulması dəfələrlə təkrarlanır. Azərbaycan dövləti Rusiyaya etiraz notası verir, amma nəticə göz qabağındadır. Rusiya bildiyindən əl çəkmir, çəkməyəcək də".

Azər Qasımov qeyd edib ki, Rusiyanın bunu müəyyən hallarda bilərəkdən, bəzən təsadüfən etdiyi bəllidir:

"Amma dəqiq bir həqiqət vardır ki, Rusiya üçün bunu etmək, həm də hansı ölkə olmasından asılı olmayaraq etməsi heç bir əxlaq normalarına sığmır. Rusiya bunu edir və özünə haqq qazandırır. Son hadisənin isə Azərbaycana mesaj mahiyyəti daşıdığını hesab etmək olar. Çünki Azərbaycan və Ukrayna arasında dron texnologiyasının inkişafı sahəsində müqavilə imzalandığı elan olunmuşdu. Hesab edirəm ki, Rusiya buna görə Odessadakı yanacaq doldurma məntəqəsini hədəf aldı. Bunun davam edəcəyi böyük ehtimaldır. Azərbaycan buna hazır olmalıdır. Müharibədə hər şey olur və olacaq".

Süleyman
Xəbəri paylaş