
Türkiyədə sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kırıkkaledə qeydə alınıb. Belə ki, Tekirdağdan Kayseriyə gedən və sürücüsünün şəxsiyyəti məlum olmayan sərnişin avtobusu Kaman-Ankara magistral yolundakı Karakeçili Dövlət Xəstəxanası yaxınlığında idarəetməni itirərək aşıb.
Məlumatdan sonra hadisə yerinə AFAD, yanğınsöndürmə idarəsi, səhiyyə, jandarma və polis qrupları göndərilib.
Qəzada 3-ü ağır olmaqla 41 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.
Arzu












































