Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəli qonaqlar Nizami Gəncəvi Muzeyini ziyarət ediblər

Türkiyəli qonaqlar Nizami Gəncəvi Muzeyini ziyarət ediblər


Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya şəhərinin Kəpəz Bələdiyyəsinin rəhbərliyi Evrim Yalçın, Antalya Mərkəzi Kitabxanasının müdiri Oğuzhan Ceylan, Antalyada Azərbaycan diasporunun rəhbəri Azər İsmayıl Nizami Gəncəvi Muzeyini ziyarət ediblər.

Newscenter.az mədəniyyət ocağına istinadən bildirir ki, qonaqlar muzeyin ekspozisiyası ilə tanış olub, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsi barədə məlumatlandırılıblar.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov və AMEA Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarovun iştirakı ilə işgüzar görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub, qonaqlara Nizami Gəncəvi Muzeyinin xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Süleyman
Xəbəri paylaş