Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Türkiyənin Yaxın Şərqdə güclənməsindən narahatdır

İsrail Türkiyənin Yaxın Şərqdə güclənməsindən narahatdır


"İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə F-35 qırıcıları və reaktiv mühərriklərin verilməsinə qarşı çıxıb. Anlaşılandır ki, hər bir ölkənin öz milli, təhlükəsizlik maraqları var və bunlar müzakirə edilmir. Lakin son baş verənlər ciddi sualları da ortaya çıxarır. Netanyahu hökuməti bununla Yaxın Şərqdə qüvvələr balansının pozulmasından, Türkiyənin daha da güclənməsindən narahatdır".

Newscenter.az xəbər verir ki, bunları politoloq Rusif Məmmədsoy deyib. Onun sözlərinə görə, İsrail əgər bölgədə sülh istəyirsə, bunun yolu Türkiyənin güclənməsidir:

"Belə ki, bölgədə müxtəlif maraq qrupları mövcuddur və bunları bəhanə edərək həmin istiqamətdə mütəmadi əməliyyatlar həyata keçirilib. Türkiyənin dəstəyi ilə nəhayət ki, Suriyada vəziyyət sabitləşməyə doğru gedir. Kimsəyə qarşı ərazi iddiası yox, İran təhdidi yox və.s Deməli, İsrail bu məsələdə səmimi deyil, eyni zamanda qarışıqlıqda da maraqlı tərəflərdən biridir".

Politooq qeyd edib ki, İsraili özümüzə dost dövlət hesab edirik:

"Savaş zamanı göstərdikləri dəstəyi heç bir zaman unutmayacağıq. Lakin bunu hər kəs bilməlidir ki, Türkiyə bizim üçü seçim deyil, elə özümüzük. Dostlarımızın da düşmın olmasını qətiyyən istəmərik. Amma İsrail də bu münasibətlərə adekvat davranmalıdır".

Anar
Xəbəri paylaş