Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev yenidən prezident seçilə bilər

Tokayev yenidən prezident seçilə bilər


Kasım-Jomart Tokayev yeni Konstitusiyanın qəbulundan sonra yenidən prezident seçilmək hüququnu əldə edir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Konstitusiya Məhkəməsinin qərarında bildirilir. Məhkəmə Prezidentin müraciətinə baxıldıqdan sonra rəsmi izahat verib.

"1995-ci il Konstitusiyasına uyğun olaraq, bu konstitusiya normalarında göstərilən vəzifələri tutan şəxslər 2026-cı il Konstitusiyası qüvvəyə mindikdən sonra müvafiq vəzifələrə seçilə və ya təyin edilə bilərlər", - deyə qərarda bildirilir.

Beləliklə, yeni Konstitusiya prezidentə yenidən seçkilərdə iştirak etməyə imkan verir.
Kasım-Jomart Tokayev 9 iyun 2019-cu ildə keçirilən növbədənkənar prezident seçkilərində səslərin 70,96%-ni qazanaraq Qazaxıstan Respublikasının Prezidenti seçilib.

20 noyabr 2022-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində Tokayev yenidən səslərin 81,31%-ni qazanaraq qalib gəlib.

Süleyman
Xəbəri paylaş