
"Kənd təsərrüfatı sahəsində kadrların hazırlanmasına diqqət artırılmalıdır. Çünki bu sahədə savadlı kadrlar olmadığı halda kənd təsərrüfatını istənilən səviyyədə inkişaf etdirə bilmərik".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Səyavuş Novruzov deyib. Millət vəkili ölkədə kənd təsərrüfatı sahəsində kadrların olduğunu bildirsə də, lakin bu vəziyyətin qaneedici olmadığını deyib:
"Ona görə də hesab edirəm ki, kadr hazırlığı da prioritet olmalıdır. Bunun üçün kifayət qədər potensialımız və imkanlarımız var. Əminəm ki, müvafiq qurumlar bu məsələyə diqqət yetirəcəklər".
Süleyman












































