Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın Azərbaycana ehtiyacı artır

Avropanın Azərbaycana ehtiyacı artır


"Getdikcə Avropanın Azərbaycana ehtiyacı daha çox özünü bürizə verəcək. Həm ABŞ-İran ətrafında gərginliyin davam etməsi və Hörmüz boğazında mövcud olan qeyri-müəyyənlik, həm də Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təminatında yaranan ciddi problemlər qitədə Azərbaycanın yeri və rolunu əsaslı dərəcədə artırır. Çünki bütün bu amillər Avropada qış aylarında ciddi enerji və qaz təchizatı problemlərinin olacağını qaçılmaz edir".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bu günlərdə Avropa Parlamentinin prezidenti Roberta Metsola da Avropanı çətin qış gözlədiyini həyəcanla qeyd edib:

"Bundan başqa əksər Avropa ölkələri yeraltı qaz anbarlarını əvvəlki illər səviyyəsində doldura bilməyib. Hətta bəzi ölkələr daxili tələbatı ödəmək üçün bu anbarlardan istifadə etmək məcburiyyətində qalıb".

Arzuman Muradlı bildirib ki, belə olan halda Avropada Azərbaycan qazına olan tələbat artmış olacaq və daha çox qitə ölkəsi Azərbaycan qazı almağa maraqlı görünəcək:

"Elə bir müddət əvvəl Avropa Komissiyasının prezidenti Ursula for der Lyayenin Azərbaycan səfərinin əsas məqsədi də məhz bundan ibarət idi. Onu da qeyd edim ki, elə Bakı da Avropaya qaz tədarükünü artırmaq niyyətindədir. Bunu bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə ifadə edib. Bu gün Avropanın 10-dan artıq ölkəsi Azərbaycan qazı alır ki, onların da əksəriyyəti Avropa İttifaqının üzvü olan ölkədir. Azərbaycan qazı alacaq ölkələrin sayının yaxın vaxtlarda daha da artacağı və bunun da ölkəmiz üçün həm siyasi, həm də iqtisadi dividentlər qazandıracağı şübhəsizdir".

Süleyman
Xəbəri paylaş