Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran dini fanatizmi beynəlxalq siyasət ilə qarışıq salıb

İran dini fanatizmi beynəlxalq siyasət ilə qarışıq salıb


"Trampın Türkiyədə NATO sammitində İrana yenidən zərbə endirmək qərarı alması gözlənilməz olsa da, bunun gec-tez baş verəcəyini proqnoz edirdik. Məsələ ondadır ki, İran dini fanatizmi beynəlxalq siyasət ilə qarışıq salıb. ABŞ və İran arasında imzalanan atəşkəs və sülh şərtləri müqaviləsindən sonra İran bunu şouya çevirdi".

Newscenter.az xəbər verir ki, bunu ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, İran özünü qeyri-ciddi apardı:

"Qələbə eyforiyası yaratdı. Az qala bütün liderləri ABŞ tərəfindən öldürülən İran qonşu ölkələrə bir-iki raket atdı deyə özünü regionun lideri, söz sahibi kimi aparmağa başladı. ABŞ nə qədər də buna təmkinlə yanaşsa da İran getdikcə özünü unudub şou ilə məşğul oldu. Hörmüz boğazından keçən gəmiləri məsuliyyətsizcəsinə atəşə tutdu, özünü reket kimi apardı. Tramp bundan sonra hövsələdən çıxdı və İrana qarşı yenidən hücumlara qərar verdi".

Azər Qasımov deyib ki, bu hücumlar əvvəlki kimi genişmiqyaslı olmasa da konkret hədəflərə qarşı müəyyən müddət davam edəcək:

"Prosesin davamı İranın özünü aparmasından sonra müəyyən olunacaq. İranın bu zərbələrə nisbətən zəif reaksiya göstərməsi onu göstərir ki, Tehran belə hücumu gözləmirdi və bundan çəkinir. Hesab edirəm ki, qısa zamandan sonra İran tələblərlə razılaşacaq. Genişmiqyaslı savaş gözlənilməsə də Tramp hər şeyə qadirdir".

Süleyman
Xəbəri paylaş