Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan: "Ermənistan Rusiya ilə dialoqu dayandırmayacaq"

Paşinyan: "Ermənistan Rusiya ilə dialoqu dayandırmayacaq"


Ermənistanın Rusiya ilə dialoqu dayandırmaq niyyəti yoxdur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, İrəvan Moskva ilə yaranan problemləri müzakirələr yolu ilə həll etməyə sadiqdir.

"Biz dialoqu və tərəfdaşlıq əsaslı müzakirələri dayandırmaq niyyətində deyilik. Bu, ən səhv yol olardı. Biz bu yolu tutmayacağıq", - deyə Ermənistanın baş naziri Rusiyanın məhdudlaşdırıcı tədbirləri ilə bağlı məsələni şərh edərkən deyib.

O, əlavə edib ki, Rusiyanın məhdudiyyətləri nəticəsində ölkədə yaranan vəziyyəti böhran hesab etmir. Paşinyan qeyd edib ki, Ermənistan hökuməti bunu Ermənistan iqtisadiyyatını şaxələndirmək üçün bir fürsət kimi görür.

Anar
Xəbəri paylaş